Çin Azərbaycan münasibətlərinin 30-cu il dönümü ilə bağlı Rəsm Müsabiqesi
2022ci il Çin ilə Azərbaycan dövlətləri arasında diplomatik əlaqələrin qurulmasının 30cu il dönümü dür. İki dövlət arasında dərin dostluq münasibətlərinin,Azərbaycan Çin münasibətlərinin parlaq gələcəyi üçün, Çinin Azərbaycandakı səfirliyinin rəhbərliyi altında ,AZƏRTAC ve Bakı Dövlət Universiteti Konfutsi İnstitutu tərəfindən Azərbaycan Çin dövlətlərinin diplomatik əlaqələrinin 30-cu il dönümü ilə bağlı aprel ayının əvvəlləri Resm Müsabiqəsi təşkil olunmuşdur.Müsabiqə geniş miqyasda diqqət və iştiraka səbəb olmuşdur. Ümümilikdə 53 ibtidai, orta və ali məktəb, eləcə də cəmiyyətin bütün təbəqələri tərəfindən 100 dən çox resm eseri təqdim olunmuşdur. Təşkilat Komitəsi AZƏRTAC ,Bakı Dövlət Universiteti və b. qurumların iştirakı ilə Konfutsi Institutu sərgi üçün 20 rəsm əsəri seçilmişdir. Mayın 27si 2022 ildə AZƏRTAC-ın izibati binasında mükafatlandırma və səyyar serginin açılış mərasimi keçirilmişdir.Tədbirdə Çinin Azərbaycandaki səfirliyinin işçi heyəti,AZƏRTAC –ın nümayəndəliyi, Bakı Dövlət Universiteti nəzdində yerləşən Konfutsi İnstitunun müəllim və sagird həyəti, qaliblər və yaxınları iştirak etmişdir.Tədbirdə Azərbaycanın əsas media jurnalistləri daxil olmaqla, 100-dən çox müxtəlif sahələrdən insanlar iştirak etmişdir.Bakı Dövlət Universiteti nəzdində yerləşən Konfutsi Institutunun mədəniyyət körpüsü rolu tam təsdiqini tapmışdır.Tədbirin atmosferi çox xoş təəssürat yaratmış , AZƏRTAC və başqa xəbər portalları tərəfindən mediada geniş miqyasda işıqlandırılmışdır.